...

Azərbaycan MDB ilə Aİ arasında seçim aparmır – Prezident Administrasiyasının şöbə müdiri

Siyasət Materials 20 May 2009 15:40 (UTC +04:00)
Azərbaycan MDB ilə Aİ arasında seçim aparmır – Prezident Administrasiyasının şöbə müdiri

Azərbaycan, Bakı, 20 may / Trend , müxbir S.Ağayeva /

Azərbaycan müstəqil dövlət kimi, regional təşkilatlar ilə öz münasibətlərini yalnız milli maraqlar çərçivəsində quracaq. "Biz seçim etmirik, MDB çərçivəsində əməkdaşlığı Avropa İttifaqı ilə əməkdaşlıqla uyğunlaşdırırıq", - deyə çərşənbə günü Trend -a Azərbaycanın Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslonov bildirib.

MDB-nin icraçı direktoru Sergey Lebedyev bu günlərdə MDB-yə üzvü olan və "Şərq tərəfdaşlığı"nda iştirak etmək istəyən ölkələrin hara getməli və necə hərəkət etməli olduqlarını seçməli olacaqlarına dair bəyanatla çıxış edib.

"Avropa İttifaqı hazırkı mərhələdə bu dövlətlərin Birlik çərçivəsində əməkdaşlıqdan imtina edərək "Şərq tərəfdaşlığı"nda iştirak edəcəkləri təqdirdə qarşılaşacağı itkilərin əvəzini verə bilməyəcək", - deyə Lebedyev bildirib. 

"Mən bu məsələni "və yaxud" müstəvisində nəzərdən keçirmək istəməzdim, məsələyə "və" kontekstində baxmağa üstünlük verərdim. Biz seçim etmirik, MDB çərçivəsində əməkdaşlığı Avropa İttifaqı ilə əməkdaşlıqla uyğunlaşdırırıq", - deyə Aslanov bildirib.

O bildirib ki, Azərbaycanın hələ tükənməmiş böyük potensialı var, buna görə regional strukturlarla qarşılıqlı münasibətlərin keyfiyyətli yeni səviyyəsinə çıxış, potensialımızı göstərmək imkanı və hərtərəfli inkişaf üçün impuls verir.

"Şərq tərəfdaşlığı" rəsmi olaraq Avropa İttifaqı tərəfindən təklif olunan proqramdır. O, 2008-ci il 26 may tarixində İsveçdə xarici münasibətlər üzrə şurada iştirak zamanı Polşanın xarici işlər naziri tərəfindən təqdim olunub. Proqramın əsas məqsədi Aİ-nin keçmiş SSRİ-nin altı ölkəsi ilə - Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Belarus ilə münasibətlərinin yaxşılaşdırılmasıdır. Aİ ölkələri rəhbərlərinin mayın 7-də Praqada keçirilən sammitində proqram rəsmən qüvvəyə minib.

"Azərbaycan MDB, Avroatlantik strukturlar, İslam dünyası çərçivəsində inteqrasiya istiqamətində, yalnız dövlətin milli maraqları çərçivəsində türk həmrəyli istiqamətində çoxşaxəli xarici siyasət reallaşdırır. Təbii ki, Azərbaycanın xarici siyasətində Avropa istiqaməti prioritet istiqamətlərdən biridir", - deyə Azərbaycanın Prezident Administrasiyasının şöbə müdiri bildirib.

"Lakin digər tərəfdən qeyd edim ki, biz kiməsə sarılmırıq, bizim üçün maraqlı olan təşkilatlara inteqrasiya edirik", - deyə Aslanov bildirib. Onun sözlərinə görə, münasibətlər qarşılıqlı faydalı və bərabər hüquqlar əsasında qurulur ki, bu da əməkdaşlığın uzunmüddətliliyi və səmərəliliyinə təminatdır. Aslanov əmindir ki, çətinliklər olmayacaq.

"Azərbaycan Köhnə Dünyanın formalaşan arxitekturasının fəal hissəsi olmağa can atır", - deyə Aslanov bildirib.

Onun sözlərinə görə, "Şərq tərəfdaşlığı" proqramın iştirakçı dövlətlərinə Avropa İttifaqı ilə inteqrasiyaya əlavə imkanlar verir ki, bu da çoxsaylı sahələrdə inkişaf və yerli standartların Avropa standartlarına çatdırılması üçün yeni imkanlar verir. "Bundan yüksək standartlar varmı? Xeyr", - deyə o bildirib. Aslanov deyib ki, Azərbaycan MDB layihələrində iştirakdan imtina etmir, əgər ölkələrin iqtisadi münasibətlərindəki dinamikaya baxsaq, Birlik ölkələri ilə əməkdaşlığın kifayət qədər yüksək səviyyədə olduğunu görmək olar.

"Həmçinin qeyd edim ki, xatırlanan bəyanatda hazırkı mərhələdə Avropa İttifaqı ilə qarşılıqlı münasibətlərin ola bilsin ki, itkiləri kompensasiya edə bilməməsinə dair çox maraqlı məqam var, müəllif özü göstərir ki, perspekivdə bu mümkündür. İstənilən halda, Azərbaycan müstəqil dövlət kimi, regional təşkilatlar ilə öz münasibətlərini yalnız milli maraqlar çərçivəsində quracaq", - deyə Aslanov bildirib.  

Xəbər lenti

Xəbər lenti