Azərbaycan, Bakı, 21 may / Trend , müxbir K.Zərbəliyeva /
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri ehtiyatsızlıqdan xidmət yoldaşını öldürüb.
2008-ci ildə Zaqatala Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağrılan 1990-cı il təvəllüdlü Vəliyev Məhərrəm Şəmsəddin oğlu silahdan ehtiyatsız istifadə nəticəsində xidmət yoldaşı 2008-ci ildə Fizuli Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağrılan 1990-cı il təvəllüdlü Məmmədov Xalid Əli oğlunu qətlə yetirib. Bu barədə Trend -a cümə axşamı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti rəhbərinin müavini Teymur Abdullayev məlumat verib.
Abdullayevin sözlərinə görə, fakt üzrə cinayət işi qaldırılıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]