Azərbaycan, Bakı, 22 may / Trend , müxbir K.Zərbalıyeva /
Azərbaycan paytaxtında oğurluq maddəsi ilə axtarışda olan şəxs Ukraynada tutulub.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən cümə günü Trend -a bildiriblər ki, paytaxtın Nəsimi rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin oğurluq (177-ci) maddəsi ilə axtarışda olan 1964-cü il təvəllüdlü Safranov Mixail Valeryeviç mayın 21-də Ukraynanın Çerkassi vilayətində tutulub.
Onun Azərbaycana gətirilməsi təmin edilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]