...

Azərbaycanda hərbçilərin qətlə yetirilməsi faktı ilə bağlı qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb

Siyasət Materials 25 May 2009 16:20 (UTC +04:00)
Azərbaycanda hərbçilərin qətlə yetirilməsi faktı ilə bağlı qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb

Azərbaycan, Bakı, 25 may / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanda Seyfəli poliqonunda mayın 23-də səhər saat 11.00 radələrində hərbçilərin qətli ilə bağlı qəsdən adamöldürmə maddəsi ilə cinayət işi başlanıb.

Qazax Hərbi Prokurorluğundan bazar ertəsi Trend -a verilən məlumata görə, ilkin olaraq Cinayət Məcəlləsinin xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adamöldürmə (120.2.4) və iki və ya daha çox şəxsi qəsdən öldürmə (120.2.7) maddələri ilə cinayət işi başlanıb.

Prokurorluqdan bildirilib ki, istintaqın gedişi zamanı cinayət işi başqa maddələrlə də tövsif oluna bilər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend -a verilən məlumata görə, Şəmkir rayonunun Seyfəli kəndi yaxınlığında Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin təlim mərkəzində əsgər Orxan Səfərov avtomat silahdan atəş açaraq əsgər yoldaşları Taleh Hidayətovu, Ramin Ataşovu və Şəhriyar Həsənovu qətlə yetirib, Pünhan Həsənovu və Mustafa Sayfulovu isə yaralayıb. Xəsarət alan əsgərlərdən biri isə aldığı güllə yarasından dünyasını dəyişib.

Əsgər Səfərov tutulub. İlkin yoxlama hərbi prokurorluq tərəfindən aparılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Səfərov ötən ilin yanvarında Ağcabədi Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağrılıb.

Qeyri-rəsmi məlumata görə, hadisəni törədən Səfərova qarşı hadisədən əvvəl mütəmadi nizamnamədənkənar hərəkətlərə yol verilib, qətlə yetirdiyi şəxslər tərəfindən nalayiq formada təhqir olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti