...

Azərbaycan Türkmənistanla münasibətlərin bütün spektlərini bərpa etməyə hazırdır – səfir

Siyasət Materials 28 May 2009 12:47 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 28 may / Trend , müyxbir Q.Həsənov /

"Azərbaycan Türkmənistanla münasibətlərin bütün spektrlərini, ticarət-iqtisadi və mədəniyyət əlaqələrini bərpa etməyə hazırdır", - Azərbaycanın Türkmənistandakı Fövqəladə və Səlahiyyətli səfiri Elxan Hüseynov "Neytral Türkmənistan" qəzetinə deyib.

"Şübhə yoxdur ki, ikitərəfli əlaqələrin inkişafı məsələləri, qardaşlıq atmosferinin bərqərar olması və əməkdaşlıq ölkələrimiz arasında ən parlaq formada əks olunacaq", - səfir bildirib.

Məlum olduğu kimi, Türkmənistan və Azərbaycan Xəzər dənizi vasitəsi ilə qonşudurlar. Türkmənistanda hakimiyyətə Qurbanqulu Berdımuhəmmədov gəldikdən sonra 2007-ci ildən etibarən Azərbaycanda Türkmənistan səfirliyi öz işini bərpa etdi, Xəzər dənizindəki mübahisəli yataqlarla bağlı konstruktiv dialoq başlandı. Qarşılıqlı borclarla bağlı məsələ həllini tapıb və yüksək səviyyədə qarşılıqlı səfərlər edilib. Tərəflər Xəzər dənizinin enerji daşıyıcılarını Avropaya nəql edəcək "Nabukko" qaz kəməri layihəsinin reallaşmasında maraqlıdırlar.

"Son illər ərzində Azərbaycan-Türkmənistan əlaqələri dinamik inkişaf mərhələsinə qədəm qoyub. Ölkələrimiz arasında mövcud olan əməkdaşlığın gələcəkdə də genişlənməsinə Türkmənistan səfirliyinin Bakıda fıəaliyyətinin bərpa edilməsi və sözügedən ölkənin Azərbaycanda yeni səfirinin akreditə olunması təkan verəcək", - azərbaycanlı diplomat qeyd edib. Bu kontekstdə o bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və türkmənistanlı həmkarı Qurbanqulu Berdımuhəmmədovun təşəbbüsü ilə iqtisadi əməkdaşlıq üzrə Dövlətlərarası Azərbaycan-Türkmənistan komissiyası fəaliyyət göstərir.

Dövlət başçılarının qarşılıqlı səfəri zamanı bir sıra mühüm dövlətlərarası razılaşma imzalanıb. 2008-ci iln sentyabrında Bakıda "Azərbaycan və Türkmənistanın neft və qaz potensialı: energetika, iqtisadiyyat, ekologiya. Əməkdaşlığın strategiyası" Beynəlxalq sərgisi və konfransı keçirilib. Sərgidə dünyanın aparıcı  şirkətləri, alim və mütəxəssislər iştirak edib. Hüseynov bildirib ki, forumun keçirilməsi barədə qərar Türkmənistan Prezidenti Qurbanqulu Berdılmuhəmmədovun Azərbaycana rəsmi səfəri zamanı qəbul edilib. Bu yaxınlarda isə (23-24 aprel 2009-cu il) Aşqabadda "Enerji daşıyıcılarının etibarlı və sabit nəqli, dayanaqlı inkişafda, eləcə də beynəlxalq əməkdaşlıqda rolu" adlı konfrans keçirilib və Azərbaycandan olan nümayəndə heyəti konfransın işində iştirak edib.

İki ölkə arasında humanitar sahədə olan əməkdaşlıq yeni mərhəlyə qədəm qoyub. Belə ki, Aşqabadda Azərbaycan kinosu günləri, Bakı Dövlət Universitetnin dosenti Firuzə Əhmədovanın "Məhtumqulunun yaradıcılığı" və "Məhtumqulu" məcmuəsi kitabının təqdimatı keçirilib. Azərbaycanın Türkmənistandakı səfirliyi tərəfindən hazırlanmış Azərbaycan dilində olan şerlər və uşaqlar üçün nəzərdə tutulmuş "Azərbaycan nağılları" da konfransda yaxşı qarşılanıb. Azərbaycanın tanınmış sənətçiləri "Türkmənistan: musiqi sənəti - bəşəriyyətin mənəvi xəzinəsi" Beynəlxalq Festivalında iştirak ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti