...

Azərbaycanda vətəndaşların dini hüquqları məhdudlaşdırılmır – Prezident Administrasiyasının şöbə rəhbəri

Siyasət Materials 4 İyun 2009 11:06 (UTC +04:00)
Azərbaycanda vətəndaşların dini hüquqları məhdudlaşdırılmır – Prezident Administrasiyasının şöbə rəhbəri

Azərbaycan, Bakı, 04 iyun / Trend , müx. C.Babayeva /

Azərbaycanda məscidlər dağıdılmır, sadəcə olaraq müəyyən şəxslərin qeyri-qanuni fəaliyyətinin qarşısı alınır, cümə axşamı Prezident Administrasiyasının İctimai-siyasi şöbə rəhbəri Əli Həsənov bildirib.

"Azərbaycanda müəyyən adamların kommersiya məqsədi ilə inşa etdikləri məscidlər normal fəaliyyət göstərə bilməzlər. Nizam-intizamın olması zəruridir. Mən bunu vətəndaşların dini hüquqlarının məhdudlaşdırılması kimi hesab etmirəm", - Həsənov bildirib.

Son iki-üç ayda Bakıda iki məscid sökülüb, bəzilərinin fəaliyyəti isə zəruri sənədlərin olmaması səbəbindən dayandırılıb.

Azərbaycanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məlumatlarına görə, ölkədə 1750 məscid mövcuddur və onlardan təxminən 1000-i fəaliyyət göstərir.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

   

Xəbər lenti

Xəbər lenti