...

İranda prezident seçkilərinin vaxtı daha bir saat artırılıb

Siyasət Materials 12 İyun 2009 19:40 (UTC +04:00)

İranın Mərkəzi Seçki Komissiyası bildirib ki, prezident seçkilərinin müddəti yerli vaxtla saat 19:00-da başa çatıb. Bu barədə IRINN kanalı canlı yayımda məlumat verib.

Əvvəllcə məlumat verilmişdi ki, Tehran vaxtı ilə saat 08:00-da başlayan seçkilər 18:00-da sona çatacaq. Kommisiya xalqın aktiv iştirakına görə, seçki müddətinin bir saat artırılacağını bildirmişdi.

Daxili işlər naziri Sadiq Məhsuli bildirib ki, seçkilərin nəticəsi şənbə günü səhər saatlarında açıqlanacaq.

Əlavə olaraq MSK-dan bildirilib ki, İranın bəzi şəhərlərində səsvermə ilə bağlı müraciətlər olduğundan seçkilərin vaxtı daha bir saat da uzadılıb.

Xəbər lenti

Xəbər lenti