...

Gürcüstanın ABŞ-dakı səfiri ABŞ-ın vitse-prezidentinin Gürcüstana səfərini çox vacib hesab edir

Siyasət Materials 23 İyun 2009 14:57 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 23 iyun / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstanın ABŞ-dakı səfiri ABŞ-ın vitse-prezidenti Cozef Baydenin Gürcüstana iyulun sonunda baş tutacaq səfərini çox vacib hesab edir. Batu Kutekiyanın bəyan etdiyi kimi, bu çox vacibdir, belə ki, səfər ABŞ və Rusiya prezidentlərinin görüşlərindən sonraya planlaşdırılıb.

Onun sözlərinə əsasən, bundan əlavə səfər çərçivəsində Gürcüstana 1 milyard dollar ayrılması məsələsini irəli sürən Baydenin təşəbbüsakarlığı ilə ayrılan illik yardım üzrə nəticələr nəzərdən keçiriləcək.

"İşlərin icrasının qiymətləndirilməsi keçiriləcək, həmçinin gələcək planlar müzakirə olunacaq", - deyə səfir qeyd edib.

"Bu səfərin ABŞ və Rusiya prezidentlərinin görüşündən sonra keçirilməsi onun daha vacib əhəmiyyət kəsb etməsini ifadə edir", - deyə Kutaliya vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti