...

Azərbaycan və Rusiya əməkdaşlığın yeni səviyyəsinə keçirlər – RF Prezidenti

Siyasət Materials 29 İyun 2009 19:54 (UTC +04:00)
Azərbaycan və Rusiya əməkdaşlığın yeni səviyyəsinə keçirlər – RF Prezidenti

Azərbaycan və Rusiya bütün sferalarda əməkdaşlığın yeni formatına keçirlər. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə RF Prezidenti Dmitri Medvedev bildirib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Azərbaycan və Rusiya arasında dost münasibətlərinin strateji xarakterini əks etdirən bir sıra sənədlər imzalanacaq", - RF Prezidenti deyib.

"Biz bu münasibətlərin inkişaf etdirilməsi üçün hər şeyə hazırıq", - Medvedev bəyan edib.

Azərbaycan Prezidenti İlham Əliyev həmçinin bəyan edib ki, prezidentlərin ötən il keçirdiyi görüşlər münasibətlərin dinamik xarakterini müəyyən edir.

İlham Əliyev bəyan edib ki, ötən il imzalanmış dostluq və strateji əməkdaşlıq haqqında müqavilə uğurla icra olunur.

Xəbər lenti

Xəbər lenti