Azərbaycan, Bakı, 8 iyul / Trend , Ü.Sadıxova /
Azərbaycanın xarici siyasi kursu hazırda regionda digər ölkələr üçün nümunədir, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov Azərbaycan diplomatiyasının 90 illiyinə həsr olunmuş tədbirdə jurnalistlərə bildirib.
"Azərbaycan regionda liderə çevrilib. Azərbaycanın 16-17 il ərzində nail olduğu uğurlu siyasət düzgün siyasi kursun nəticəsidir", - deyə o bildirib.
Məmmədovun sözlərinə əsasən, Azərbaycan diplomatiyasının 90 illiyinin qeyd olunması ölkə tarixində mühüm hadisələrdən biridir.