...

İran və Qətər sərhədçiləri müştərək təlimlər keçirəcəklər

Siyasət Materials 10 İyul 2009 13:49 (UTC +04:00)
İran və Qətər sərhədçiləri müştərək təlimlər keçirəcəklər

İranın Sərhəd Polisinin rəisi general-mayor Qasım Rezayi bildirib ki, İran sərhədçiləri və Qətərin sahil keşikçiləri Fars körfəzində müştərək təlimlər keçirəcəklər. Bu barədə FARS xəbər agentliyi məlumat yayıb.

İranın Sərhəd Polisinin rəisi Rezayi cümə günü Qətər Silahlı Qüvvələrinin qərargah rəisi Həmid bin Əli Ələtiyyə ilə görüşüb. İki ölkə rəsmisi sərhəd məsələlərini müzakirə edib.

Rezayi bildirib ki, görüşdə regionda təhlükəsizlik məsələləri müzakirə olunub və sərhədçilərin müştərək təlimlərinin keçirilməsi barədə qərar verilib. "Görüşdə həmçinin informasiya mübadiləsi və sərhəd pozuntularına qarşı birgə əməkdaşlığın gücləndirilməsi məsələsi də müzakirə olundu", - deyə Rezayi bildirib.

Xəbər lenti

Xəbər lenti