...

Azərbaycan Prezidenti fransalı həmkarını Bastiliyanın alınması günü münasibətilə təbrik edib

Siyasət Materials 13 İyul 2009 19:07 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Nikola Sarkozini Milli bayram - Bastiliyanın alınması günü münasibətilə təbrik edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi məlumat yayıb.

"Biz Azərbaycan-Fransa münasibətlərinə xüsusi əhəmiyyət veririk. Hazırda ölkələrimiz arasında həm ikitərəfli qaydada, həm də beynəlxalq qurumlar və layihələr çərçivəsində səmərəli iş birliyi mövcuddur. Bu mənada Avropaya inteqrasiya yolunda atdığımız addımlara, eləcə də Avropa İttifaqı tərəfindən həyata keçirilən proqramlarda Azərbaycanın iştirakına ölkənizin dəstəyindən məmnunluq duyuruq.
Eyni zamanda ən ağrılı problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə, beynəlxalq hüquq normaları əsasında ədalətli həlli sahəsində ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın səylərinə böyük ümidlər bəsləyirik", - təbrik məktubunda deyilir.

Xəbər lenti

Xəbər lenti