...

Gürcüstanın media vasitələrinin bir qismi Bayden və Saakaşviliyə müraciət qəbul edib

Siyasət Materials 22 İyul 2009 15:38 (UTC +04:00)
Gürcüstanın media vasitələrinin nümayəndələrindən ibarət qrup xalq müdafiəçisinin ofisində ABŞ-ın vitse-prezidenti Cozef Bayden və Gürcüstan prezidenti Mixail Saakaşviliyə müraciət qəbul edib.
Gürcüstanın media vasitələrinin bir qismi Bayden və Saakaşviliyə müraciət qəbul edib

Gürcüstan, Tbilisi, 22 iyul / Trend , müxbir N.Kirsxaliya /

Gürcüstanın media vasitələrinin nümayəndələrindən ibarət qrup xalq müdafiəçisinin ofisində ABŞ-ın vitse-prezidenti Cozef Bayden və Gürcüstan prezidenti Mixail Saakaşviliyə müraciət qəbul edib.

ABŞ-ın vitse-prezidentinə göndərilən müraciətdə dövlətin ölkə mətbuatının azadlığının məhdudlaşdırması faktına maraq göstərilməsi xahiş olunur.

Media nümayəndələri öz müraciətlərində milli telekanalı hakimiyyətin göstərişindən və partiyanın təzyiqindən xilas etməyi, sərbəst işləmək üçün hüquq və imkan verməyi, telekanalların təsisçiləri barədə şəffaf informasiya verməyi, onların daxili siyasətinə müdaxilə etməməyi tələb edirlər. "İmedi" teleşirkətinin Badri Patarkatişvilinin ailəsinin qanuni mülkiyyətinə qaytarılması, hakimiyyətin təzyiq vasitəsi və mətbuatı qorxutmaq üçün istifadə etdiyi çap media vasitələrinin monopoliyasından imtina edilməsi, 2009-cu il 6 may-15 iyunda vəzifə borcunu yerinə yetirərkən polisin jurnalistlərə qarşı güc tətbiq etməsi faktının araşdırılması da tələblərə daxildir.  

"Cənab vitse-prezident, bu məsələlərlə maraqlanmağınızı və müvafiq qiymət verməyinizi xahiş edirik", - müraciətdə deyilir.

Müraciəti çap mediası, informasiya agentlikləri, "Kavkaziya" və "Maestro" teleşirkətlərinin nümayəndələri imzalayıb.

"Rustavi-2", "İmedi" və Birinci kanal bu müraciətə qoşulmayıb. Müraciətə yalnız İctimai yayımın jurnalisti İnqa Qriqoliya imza atıb.

Görüşdə qonaq qismində Gürcüstanın xalq müdafiəçisi Sozar Subari iştirak edib. O, "Interpressnews"-a müsahibəsində qeyd edib ki, "mübarizənin hər zaman mənası var" və jurnalistlərin ABŞ vitse-prezidentini gürcü mediasının problemləri ilə tanış etmək cəhdini alqışlamaq lazımdır. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti