Türkmənistan, Aşqabad, 1 avqust / Trend , müxbir H. Həsənov/
Türkiyə prezidenti Abdulla Gül telefon danışığı zamanı Türkmənistan prezidenti Qurbanqulı Berdımuhəmmədovu Bolqarıstana səfəri başa çatandan sonra Türkiyəyə gəlməyə dəvət edib. Bu barədə rəsmi türkmən mənbəsi məlumat verib.
Dəvət məmnuniyyətlə qəbul edilib.
Dövlət başçıları əvvəl əldə olunmuş müqavilələrin realizəsini, eləcə də qarşılıqlı maraq kəsb edən bir sıra məsələləri müzakirə ediblər. Tərəflər "Türkmənistan və Türkiyə xalqlarının dostluq və qardaşlıq əlaqələrinin qədimdən bəri olduğunu və gələcəkdə iki ölkə arasında sıx və səmərəli əməkdaşlığın davam edəcəyinə" əmin olduqlarını bildirblər.
Öz növbəsində Berdımuhəmmədov Abdulla Gülü münasib vaxtda Türkmənistana rəsmi səfərə dəvət edib. Səfərin müddəti diplomatik kanallarla razılaşdırılacaq.
Bolqarıstan və Türkiyə Xəzər regionundan enerji resurslarının tədarükündə və tranzitində maraqlıdırlar. Türkmənistan Azərbaycanla yanaşı bu istiqamətdə enerji resurslarının tədarükçülərindən biridir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]