Qazaxıstan, Astana, 04 avqust / Trend , müxbir K.Konırova /
Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin müvafiq fərmanına uyğuna olaraq Nyu-Yorkda Qazaxıstanın baş konsulluğu açılacaq. Bu barədə XİN-in mətbuat katibi İlyas Ömərov Astanada keçirilən brifinqdə bildirib.
"Dövlət başçısı iyulun 27-də Qazaxıstanın Nyu-Yorkda baş konsulluğunun açılması ilə bağlı fərman imzalayıb. Bu qərar konsulluq məsələlərinin böyük həcmi, həmçinin Qazaxıstanın ticari-iqtisadi maraqlarının inkişafı və investisiyanın cəlb olunması ilə izah olunur", - Ömərov bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]