...

İlham Əliyev Azərbaycan və Avstriya arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın yeni tərkibini təsdiq edib

Siyasət Materials 11 Avqust 2009 11:53 (UTC +04:00)
İlham Əliyev Azərbaycan və Avstriya arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın yeni tərkibini təsdiq edib

Azərbaycan Respublikasi Prezidenti İlham Əliyev Azərbaycan Respublikasi ilə Avstriya Respublikasi arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında sərəncam verib, bu barədə AzərTac Dövlət İnformasiya Agentliyi xəbər verir.
Sərəncama əsasən, komissiyanın həmsədri Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov təyin edilib. Komissiyaya həmçinin Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov, Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini İlqar Fətizadə, Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadov, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Sabir İlyasov, Azərbaycan Respublikasının Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Fuad İsmayılov daxildir.

Xəbər lenti

Xəbər lenti