İran parlamentinin nümayəndəsi çərşənbə axşamı, həbs olunmuş şəxslərin ölkədə bu yaxınlarda baş verən iğtişaşlarla bağlı xarici müdaxilənin olması barədə etiraflarını xatırladaraq İran XİN-i Böyük Britaniya ilə münasibətlərinə yenidən baxmağa çağırıb, Fasr informasiya agentliyi xəbər verir.
"Həbs olunanların etirafları İrandakı problemə xarici müdaxilənin olmasını sübut edir və İran XİN Böyük Britaniya ilə münasibətlərinə yenidən baxmalıdır", - Samirom şəhərinin nümayəndəsi Bəhruz Cəfəri parlamentin açıq sessiyasında bildirib.
İyunun 12-də keçirilən prezident seçkilərindən sonra Tehranda kütləvi etiraz aksiyaları baş qaldırıb. İran hökumətinin rəsmi məlumatına əsasən, iğtişaşlar nəticəsində 30 nəfər zorakılığın qurbanı olub və yüzlərlə insan yaralanıb.
Ötən həftə Tehranda prezident seçkilərindən sonrakı iğtişaşların təşkilində və bu iğtişaşlarda iştirakda ittiham olunanların, həmçinin Mahmud Əhmədinejadın qalib gəldiyi prezident seçkilərindən sonra İran hökuməti tərəfindən ölkənin daxili işlərinə müdaxilə etməkdə, müəyyən xarici ölkələrlə casusluq əlaqəsində ittiham olunaraq həbs edilmiş şəxslərin məhkəməsi başlayıb.
Eyni zamanda, İran Parlamenti yanında Milli Təhlükəsizlik və Xarici Siyasət üzrə Komissiya Milli Təhlükəsizlik üzrə Ali Şurada müvafiq təkliflərin baxılması üçün İran və Böyük Britaniya arasındakı münasibətləri yenidən nəzərdən keçirməyə başlayıb.