Gürcüstan, Tbilisi, 15 avqust / Trend , müxbir N.Kirsxaliya /
Gürcüstanın xarici işlər nazirinin müavini Aleksandr Nalbandov Ukraynanın Fövqaladə və Səlahiyyətli səfiri Vasili Sibenkonu onun xahişi ilə qəbul edib.
"Görüşdə ikitərəfli və çoxtərəfli münasibətlərin aktual məsələləri müzakirə edilib", - Gürcüstan XİN-dən bildirilib. Tərəflər Gürcüstan və Ukrayna arasında strateji əməkdaşlığın prioritetliyini qeyd ediblər.
Ukrayna tərəfi Gürcüstanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyib.
Məqalə müəllifi ilə əlaqə ünvan: [email protected]