Gürcüstan, Tbilisi, 22 avqust / Trend , müxbir N.Kirsxalia /
Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze 24-26 avqustda Estoniyaya rəsmi səfər edəcək.
Gürcüstan XİN-dən verilən məlumata görə, nazir Estoniyanın Prezidenti Tomas Hendrik İlveslə, Baş nazir Andrus Anciplə, xarici işlər naziri Urmas Paetlə və müdafiə naziri Yaakom Aavikso ilə görüşəcək.
Vaşadze həm də parlament komitəsinin xarici əlaqələr üzrə sədri Sven Mikserlə görüşəcək.
Vaşadze Estoniya Xarici İşlər Nazirliyində "Gürcüstanın xarici siyasətinin prioritetləri " mövzusunda mühazirə oxuyacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]