...

Azərbaycanda seçkiyə qoşulmaq istəyən səlahiyyətləri başa çatmamış bələdiyyələrin sayı artıb

Siyasət Materials 28 Avqust 2009 12:12 (UTC +04:00)
"Səlahiyyətləri başa çatmamış bələdiyyələrin 22-si Mərkəzi Seçki Komissiyasına qarşıdan gələn bələdiyyə seçkisində iştiraklarının təmin edilməsi ilə bağlı müraciət ediblər. Komissiya bu müraciətləri araşdırır", - cümə günü Trend News-a MSK katibi Natiq Məmmədov bildirib.
Azərbaycanda seçkiyə qoşulmaq istəyən səlahiyyətləri başa çatmamış bələdiyyələrin sayı artıb

Azərbaycan, Bakı, 28 avqust / Trend , müxbir C.Babayeva /

Azərbaycanda bələdiyyə seçkisinə qoşulmaq istəyən səlahiyyətləri başa çatmamış bələdiyyələrin sayı artıb.

"Səlahiyyətləri başa çatmamış bələdiyyələrin 22-si Mərkəzi Seçki Komissiyasına qarşıdan gələn bələdiyyə seçkisində iştiraklarının təmin edilməsi ilə bağlı müraciət ediblər. Komissiya bu müraciətləri araşdırır", - cümə günü Trend -a MSK katibi Natiq Məmmədov bildirib.

Trend -un arayışı: Azərbaycanda 2006-cı ildə keçirilən təkrar və əlavə bələdiyyə seçkiləri 81 bələdiyyəni əhatə edib və onların səlahiyyət müddəti 2011-ci ildə bitəcək.

Bu il Azərbaycanda bələdiyyə seçkisinin bu ilin dekabrın ortalarında keçirilməsi gözlənilir. Bu həftənin əvvəlində MSK-ya bələdiyyə seçkisində iştiraklarının təmin olunması ilə bağlı müraciət edən səlahiyyətləri başa çatmamış bələdiyyələrin sayı altı olub.

MSK katibinin sözlərinə görə, bələdiyyələr öz səlahiyyətləri ilə bağlı məsələləri həll edirlər və belə çıxır ki, həmin ərazilərdə seçkilərin keçirilməsi labüd hala çevrilib. "İstənilən bir şəxsin öz səlahiyyətindən imtina etmək hüququ var. Əgər o şəxs səlahiyyətindən imtina edirsə və bunula bağlı başqa öhdəliyi yoxdursa, onda səlahiyyətinin boş qalmasına göz yummaq olmaz. Səlahiyyət kiminsə tərəfindən əldə edilməlidir, çünki o mexanizm işləməlidir", - Məmmədov deyib.

MSK katibi səlahiyyətləri başa çatmamış bələdiyyələrin qarşıdan gələn bələdiyyə seçkisində iştirak təşəbbüsünü böyük seçkilərdə daha çox təşviqat imkanları və geniş auditoriya əldə etmək arzusu ilə əlaqələndirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti