...

Türkiyə və Ermənistan arasında ikitərəfli protokol imzalanan gündən diplomatik münasibətlər qurulacaq

Siyasət Materials 1 Sentyabr 2009 13:46 (UTC +04:00)
Türkiyə və Ermənistan arasında ikitərəfli protokol imzalanan gündən diplomatik münasibətlər qurulacaq

Türkiyə və Ermənistan "Diplomatik münasibətlərin qurulması üzrə protokol" imzalanan gündən diplomatik münasibətlər qurmağa razılaşıblar. RİA Novosti Ermənistan XİN-ə istinadən bildirib.

Türkiyə və Ermənistan İsveçrənin vasitəçiliyi ilə keçirilən danışıqlarda "Diplomatik münasibətlərin qurulması üzrə protokol" və "İkitərəfli münasibətlərin inkişafı barədə protokol"un imzalanmasına dair "daxili siyasi məsləhətləşmələr"in başlanması barədə razılıq əldə edib.

Siyasi məsləhətləşmələrin altı həftə ərzində tamamlanması planlaşdırılır, bunun ardınca isə iki protokol imzalanacaq və təsdiqlənməsi üçün hər iki ölkə parlamentinə təqdim ediləcək. Bu barədə Türkiyə XİN-in mətbuata məlumatında deyilir.

"Ermənistan və Türkiyə "Diplomatik münasibətlərin qurulması üzrə 1961-ci ildəki Vyana Konvensiyası"na müvafiq olaraq "Diplomatik münasibətlərin qurulması üzrə protokol"un imzalandığı gündən diplomatik münasibətlər qurmaq və diplomatik nümayəndəliklərin mübadiləsi barədə razılaşıblar", - RİA Novostiyə Ermənistan XİN-in mətbuat xidmətindən daxil olan "Diplomatik münasibətlərin qurulması üzrə protokol"da deyilir.

Sənəddə qeyd olunur ki, "Diplomatik münasibətlərin qurulması üzrə protokol" və "İkitərəfli münasibətlərin inkişafı barədə protokol" təsdiqləmə mexanizmlərinin mübadiləsindən sonrakı ayın ilk günü qüvvəyə minəcək.

Ermənistan və Türkiyə XİN-ləri "Diplomatik münasibətlərin qurulması üzrə protokol"un həyata keçirilməsi üzrə birgə tədbirlər planı qəbul ediblər. Planın maddələrinə aşağıdakılar daxildir:

"Birinci - "İkitərəfli münasibətlərin inkişafı barədə protokol" qüvvəyə mindikdən sonra iki ay ərzində sərhədlərin açılması. İkinci -"İkitərəfli münasibətlərin inkişafı barədə protokol" qüvvəyə mindikdən sonra iki ay ərzində iki dövlətin Xarici İşlər Nazirliklərinin rəhbərliyi ilə hökumətlərarası komissiyanın tədbirlər proqramının hazırlanması üçün işçi qrupun və onun tərkibinə daxil olan xüsusi komissiyaların yaradılması. Üçüncü --"İkitərəfli münasibətlərin inkişafı barədə protokol" qüvvəyə mindikdən üç ay sonra nazirlik səviyyəsində hökumətlərarası komissiyanın və onun tərkibinə daxil olan xüsusi komissiyaların tədbirlər planının təsdiqlənməsi. Dördüncü - Nazirlik səviyyəsində hökumətlərarası komissiyanın və onun tərkibinə daxil olan xüsusi komissiyalarının tədbirlər planının təsdiqlənməsindən dərhal sonra hökumətlərarası komissiyanın ilk iclası. Beşinci - Xüsusi komissiyaların işinin hökumətlərarası komissiyanın ilk iclasından bir ay sonra başlanması."

Sənəddə qeyd olunur ki, hökumətlərarası komissiyanın tərkibinə yeddi xüsusi komissiya daxil olacaq: siyasi məsələlər üzrə; nəqliyyat, kommunikasiya, energetika və infrastruktur üzrə, hüquq məsələləri üzrə; elm və təhsil üzrə; ticarət, turizm və iqtisadi əməkdaşlıq üzrə; təbiəti mühafizə məsələləri üzrə; erməni, türk, İseveçrə və digər beynəlxalq ekspertlərin iştirakı ilə tarixi məsələlər üzrə.

Xəbər lenti

Xəbər lenti