Qazaxıstan, Astana, 01 sentyabr / Trend , müxbir K.Konırova /
Qazaxıstan Xəzəryanı dövlətlərin dənizdə silahlanması üzrə sabit balansın yaradılmasının tərəfdarıdır. Bu barədə Trend -a Qazaxıstan XİN-in rəsmi nümayəndəsi Yerjan Aşikbayev deyib.
"Hələ ki, tərəflərin Xəzərdə məsuliyyət daşıdığı zonaların müəyyən edilmədiyi geosiyasi vəziyyəti nəzərə alaraq, Qazaxıstan Xəzəryanı dövlətlərin dənizdə silahlanması üzrə sabit balansının yaradılmasının, tərəflərin razılaşdırdıqları səmərəli kafilik və silahlanmanın miqdarına nəzarət hüdudlarında hərbi tikintinin həyata keçirilməsinin tərəfdarıdır", - Aşikbayev agentliyin Türkmənistan Prezidentinin Xəzərdə hərbi dəniz bazasının yaradılması barədə bu yaxınlarda verdiyi bəyanatı şərh etməklə bağlı sualına cavab olaraq deyib.
Yerjan Aşikbayev qeyd edib ki, Qazaxıstan Türkmənistan tərəfinin qısa müddətdə Xəzər dənizində hərbi baza yaratmaq planları barədə hansısa rəsmi informasiya almayıb.
"Xəzərdə təhlükəsizliyi möhkəmləndirmək və sabitliyi təmin etmək, açıq dənizdə və onun üzərindəki hava məkanında istənilən hüquqazidd fəaliyyətin qarşısının alınması məqsədi ilə Qazaxıstan Xəzəryanı dövlətlərin yalnız hərbi dəniz qüvvələri arasında deyil, eyni zamanda sərhəd, gömrük, təbiəti mühafizə xidmətləri strukturları arasında da əməkdaşlığı qaydaya salmağın zəruri olduğunu hesab edir", - XİN-in rəsmi nümayəndəsi əlavə edib.
O xatırladıb ki, Xəzəryanı dövlətlərin rəhbərlərinin 2007-ci il Tehran sammitinin razılaşmalarına müvafiq olaraq, tərəflər sərhəd və gömrük xidmətlərinin, daxili işlər idarələrinin xətii ilə Xəzər dənizində təhlükəsizliyin təminatı sahəsində qarşılıqlı əlaqə barədə müqavilə layihəsi hazırlayırlar.
"Sözügedən müqavilə Xəzəryanı dövlətlərin Xəzərdə təhlükəsizlik və hüquqi qaydaların təminatı ilə bağlı bütün fəaliyyət sahələrində (terrorizm, ekstremizm, mütəşəkkil cinayətkarlıq və brakonyerliklə mübarizə, qeyri-leqal miqrasiyaya, narkotiklərin və silahların qanunsuz mübadiləsinə müqavimət, fövqəladə vəziyyətlərə reaksiya) əməkdaşlığı nizama salınmalıdır", - Aşikbayev qeyd edib.
O xatırladıb ki, göstərilən müqavilə layihəsinin hazırlanması üzrə işlərin koordinasiyası Azərbaycana həvalə edilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]