...

İtaliyanın Azəırbaycandakı səfirinin fəaliyyət müddəti başa çatıb

Siyasət Materials 8 Sentyabr 2009 18:12 (UTC +04:00)
Səfir görüşdə Azərbaycandakı fəaliyyətindən razı qaldığını bildirərək qeyd edib ki, öz fəaliyyət dövrü ərzində Azərbaycan ilə İtaliya arasındakı ikitərəfli əlaqələrin inkişafı üçün səy göstərib.
İtaliyanın Azəırbaycandakı səfirinin fəaliyyət müddəti başa çatıb

Azərbaycan, Bakı, 08 sentyabr / Trend , müxbir C.Babayeva /

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İtaliyanın Azərbaycandakı səfiri Canluici Maşanı Bakıda diplomatik missiyasının bitməsi ilə əlaqədar qəbul edib. Bu barədə Azərbaycan XİN-in mətbuat xidməti məlumat verib.

Səfir görüşdə Azərbaycandakı fəaliyyətindən razı qaldığını bildirərək qeyd edib ki, öz fəaliyyət dövrü ərzində Azərbaycan ilə İtaliya arasındakı ikitərəfli əlaqələrin inkişafı üçün səy göstərib.

Nazir səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti