Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı "Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında" sərəncama dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Sərəncamın 1-ci bəndində aşağıdakı dəyişikliklər edilib:
Altıncı abzasda "Azərbaycan Respublikası Vergilər Nazirliyinin Daxili Audit Baş İdarəsinin rəisi" sözləri "Azərbaycan Respublikası Vergilər Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi" sözləri ilə, yeddinci abzasda "Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Ödəyicilərinin Auditi Baş İdarəsinin rəisi" sözləri "Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Auditi Baş İdarəsinin rəisi" sözləri ilə, səkkizinci abzasda "Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında İri Vergi Ödəyiciləri ilə İş üzrə Departamentin rəisi" sözləri "Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəisi" sözləri ilə və on birinci abzasda "Azərbaycan Respublikası Vergilər Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsinin rəisi" sözləri "Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya Hüquqi Şəxslərinin Dövlət Qeydiyyatının Təşkili və İqtisadi Təhlil Baş İdarəsinin rəisi" sözləri ilə əvəz edilib.