Azərbaycan Aİ-yə üzv olmaq üçün namizədliyini irəli sürərsə, rəsmi Ankaradan dəstək alacaq - Türkiyənin dövlət naziri

Siyasət Materials 18 Sentyabr 2009 17:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 sentyabr / Trend , müxbir R.Hafizoğlu /

Türkiyənin dövlət naziri bildirib ki, Azərbaycan Avropa İttifaqına (Aİ) üzv olmaq üçün namizədliyini irəli sürərsə, rəsmi Ankara onu dəstəkləyəcək.

"Azərbaycanın Aİ-yə üzv olmaq üçün namizədliyi irəli sürüləcəyi təqdirdə, rəsmi Ankara Bakıya hər cür dəstək verəcək", - cümə günü Trend -a eksklüziv müsahibəsində Aİ-Türkiyə danışıqlarında baş müzakirəçi, dövlət naziri Egemen Bakış bildirib.

Trend -un arayışı: Aİ və Azərbaycan arasında əlaqələri tənzimləyən əsas hüquqi sənəd olan "Şərq tərəfdaşlığı" Proqramı 1996-cı ildə imzalanıb, 1999-cu ildə isə təsdiq edilib. Sazişin həyata keçirilməsinə dəstək olan TACİS layihəsinin üçüncü mərhələsi fəaliyyətə başlayıb. Azərbaycanın Avropa İttifaqı dövlətləri ilə mədəni, iqtisadi və siyasi əlaqələri sürətlə inkişaf edir.

Bu yaxınlarda imzalanmış Avropa qonşuluq siyasəti üzrə fəaliyyət planı Aİ və Azərbaycan arasında daha sıx əməkdaşlığa doğru mühüm addım olub. Qeyd olunub ki, Azərbaycan coğrafi cəhətdən Avropanın bir hissəsidir və Aİ-nin regionda ən böyük ticarət tərəfdaşıdır. Öz qanunvericiliyini Avropa qanunvericiliyi ilə uyğunlaşdırmaq Azərbaycana iqtisadiyyatını müasirləşdirmək və inkişaf etdirmək, mədəni əlaqələrini möhkəmləndirmək imkanı yaradacaqdır.

Dövlət naziri bildirib ki ,Türkiyə Aİ ilə müzakirə aparan bir ölkə olaraq, bu qurumun regionda Türkiyəyə dost və qardaş olan Azərbaycan və bütünlüklə cənubi Qafqaz dövlətləri ilə əlaqələrinin inkişaf etməsini dəstəkləyir.

Dövlət nazirinin sözlərinə görə, neft və təbii qaz istehlakçısı olması Aİ-nin Azərbaycana olan ehtiyacını daha da artıracaq.

"Dünyada enerji daşıyıcılarının təhlükəsizliyi baxımından atılan addımlar Aİ və Türkiyə üçün mühüm olduğu kimi, Azərbaycan üçün də mühümdür", - deyə o qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti