...

Azərbaycan yol polisi qadın sürücülərə xəbərdarlıq edir

Siyasət Materials 23 Sentyabr 2009 13:52 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Ərəstun Məcidov çərşənbə günü Trend News-a bildirib ki, əvvəllər yol polisi əməkdaşları qadın sürücülər tərəfindən törədilən qayda pozuntularına göz yumurdular və xanım sürücülərə xəbərdarlıqla kifayətlənirdilər. Lakin ilbəil qadın sürücülərin və onlar tərəfindən yol verilən pozuntuların sayının artması onlara qarşı ciddi tədbirlər görülməsini zəruri edir.
Azərbaycan yol polisi qadın sürücülərə xəbərdarlıq edir

Azərbaycan, Bakı, 23 sentyabr / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanda yol polisi əməkdaşları yol-hərəkət qaydası pozuntularına yol verən qadın sürücülərə güzəştə getməyəcək.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Ərəstun Məcidov çərşənbə günü Trend -a bildirib ki, əvvəllər yol polisi əməkdaşları qadın sürücülər tərəfindən törədilən kiçik qayda pozuntularına göz yumurdular və xanım sürücülərə xəbərdarlıqla kifayətlənirdilər. Lakin ilbəil qadın sürücülərin və onlar tərəfindən yol verilən pozuntuların sayının artması onlara qarşı ciddi tədbirlər görülməsini zəruri edir.

Məcidovun sözlərinə görə, yol polisi əməkdaşları pozuntuya yol verən qadın sürücülərə güzəştə getmir və qanunda nəzərdə tutulan qaydada xəta törədən sürücülər cəzalandırılır.

"Pozuntuya yol verən və yol polisi əməkdaşları tərəfindən saxlanılan xanım sürücülər bağışlanmalarını xahiş edir. Həmişə də əsaslandırırlar ki, harasa tələsirlər", - şöbə rəsi vurğulayıb.

BDYPİ-nin məlumatına görə, ötən il respublikda 30 min qadın sürücü olub. Onlardan 19-20 minə yaxını nəqliyyat vasitəsini idarə edir. 10 minə yaxın qadının sürücülük vəsiqəsi olsa da, avtomabil sürmür. Sürücülük vəsiqəsi olan qadınların 26 minə yaxını Bakı şəhərinin, qalanları isə respublikanın digər rayonlarının sakinləridir.

Məcidov bildirib ki, son 4 ildə 23 min qadın sürücülük vəsiqəsi alıb ki, bu da avtomobili idarə etmək hüququ olan qadınların 70 faizini təşkil edir. İdarə rəsmisinin sözlərinə görə, ötən il 300 qadın sürücü avtomobili sərxoş halda idarə etdiyi üçün saxlanılıb. Onlardan 8 nəfəri il ərzində təkrarən, biri isə üç dəfə yol verdiyi üçün, 22 qadın sürücülük vəsiqəsi olmadan avtomobili idarə etdiyi üçün saxlanılıb.

Məcidov deyir ki, qadın sürücülərin yol verdiyi pozuntular sırasında - avtomobili idarə edərkən kəmər taxmama, manevr edərkən və sağa-sola dönərkən işıq siqnallarından istifadə etməmə, yolayrıcı keçmə qaydalarını pozma, piyadalara yol verməmə kimi xətalar üstünlük təşkil edir.

Şöbə rəisi qadınların sükan arxasında mobil telefondan çox istifadə etməsindən də narahatlıq bildirib. "Bəzi qadınlar avtomobili idarə edərkən məsuliyyət hiss edirlər və ehtiyatlıdılar. Bəzi qadınlar isə maşını yerindən tərpədəndən dayananan kimi telefonla danışır. Bu hal qadın sürücülər arasında xəstəliyə çevrilib", - Məcidov deyib.

Qadınlar avtomobili idarə edərkən daha diqqətli olduqları üçün Tehranda taksi sürən qadınların xidmətindən daha çox istifadə olunur. Bir qadın tərəfindən qurulan taksi dayanacağının 700 sürücüsü hazırda yalnız qadınlara xidmət göstərir. Dayanacağın 40 min nəfərlik bir müştəri siyahısı olduğu qeyd edilir. Bu siyahıda yer alanlar qadın taksi sürücülərinə qadın olduqları üçün deyil, avtomobili daha yaxşı idarə etdikləri üçün üstünlük verdiyini söyləyirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti