...

Azərbaycanın müxalif ittifaqı Bakıda icazəsiz piket keçirib

Siyasət Materials 24 Sentyabr 2009 12:32 (UTC +04:00)
Azərbaycanın müxalif Demokratiya Uğrunda İttifaqı (DUİ) cümə axşamı Xarici İşlər Nazirliyinin binası qarşısında icazəsiz piket keçirib.
Azərbaycanın müxalif ittifaqı Bakıda icazəsiz piket keçirib

Azərbaycan, Bakı, 24 sentyabr / Trend , müxbir C.Babayeva /

Azərbaycanın müxalif Demokratiya Uğrunda İttifaqı (DUİ) cümə axşamı Xarici İşlər Nazirliyinin binası qarşısında icazəsiz piket keçirib.

Aksiyanın keçirilməsində məqsəd Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təklif olunan Madrid prinsiplərinə və Ermənistan-Türkiyə sərhədlərinin açılmasına etirazın bildirilməsi olub.

"Piketdə 50-dən çox iştirakçı olub. Polislə baş verən qarşıdurma nəticəsində üç nəfər saxlanılıb. Aksiyanın qətnaməsi Nazirliyə təqdim olunub", - Trend -a DUİ-də təmsil olunan Azadlıq Partiyasının sədri Əhməd Oruc məlumat verib.

Orucun sözlərinə görə, piketi baş tutmuş hesab etmək olar. "Aksiyaya həmçinin Qarabağ Azadlıq Təşkilatı və bir sıra ictimai təşkilatların fəalları qatılmışdı", - partiya sədri deyib.

Trend -un arayışı: Demokratiya Uğrunda İttifaq 2005-ci il parlament seçkisindən sonra yaradılıb. İttifaqda Klassik Xalq Cəbhəsi, Azadlıq, Milli Demokrat, Böyük Azərbaycan və Xalq, Milli Qurtuluş partiyaları təmsil olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti