...

GUAM ölkələrinin XİN rəhbərləri Nyu-Yorkda görüşüblər

Siyasət Materials 26 Sentyabr 2009 13:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 sentyabr / Trend , müxbir C.Babayeva/

"Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilat - GUAM" ölkələrinin - Gürcüstan, Ukrayna, Azərbaycan və Moldavanın xarici işlər nazirləri Nyu-Yorkda təşkilat çərçivəsində gələcək əməkdaşlığı müzakirə ediblər.

"Xarici işlər nazirləri regional təhlükəsizlik, sülh və sabitliyin təmin edilməsi, siyasi və sahələrarası əməkdaşlıq məsələlərini müzakirə ediblər", - Trend -a Azərbaycan XİN-dən məlumat verilib.

Nazirlərin görüşü BMT Baş Assambleyasının sessiyasında iştirak çərçivəsində keçirilib.

Nyu-Yorkda həmçinin GUAM-ABŞ və GUAM-Çexiya formatlarında iclaslar keçirilib.

GUAM formatı 1997-ci ildə Strasburqda Avropa İttifaqı dövlətləri rəhbərlərinin sammiti zamanı postsovet ölkələri tərəfindən yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan da qoşulub, 4 il sonra isə onu tərk edib. 2006-cı ildə Kiyevdə bu formatın ilk sammitində GUAM-ın beynəlxalq təşkilat elan edilməsi və yeni - "Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilat - GUAM" adlandırılması barədə qərar qəbul edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti