...

Türkdilli Dövlətlərin Parlament Assambleyası ortaq problemlərin həllində mühüm rol oynayacaq - Azərbaycan Parlamentinin sədri

Siyasət Materials 28 Sentyabr 2009 13:28 (UTC +04:00)
"Bu gün biz hər birimiz ayrı-ayrı dillərdə danışırıq, ancaq inanıram ki, vaxt gələcək biz eyni dildə danışacağıq və bizə tərcüməçilər lazım olmayacaq", - Trend News-un məlumatına görə, bazar ertəsi Türkdilli Dövlətlərin Parlament Assambleyasının Bakıda keçirilən ilk sammitində Milli Məclisin sədri Oqtay Əsədov bildirib.
Türkdilli Dövlətlərin Parlament Assambleyası ortaq problemlərin həllində mühüm rol oynayacaq - Azərbaycan Parlamentinin sədri

Azərbaycan, Bakı, 28 sentyabr / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan Parlamentinin sədri Türkdilli Dövlətlərin Parlament Assambleyasının bütün türk dövlətlərinin birliyinin formalaşmasında, möhkəmlənməsində, inkişafında, ortaq problemlərin həllində mühüm rol oynayacağına inanır.

"Bu gün biz hər birimiz ayrı-ayrı dillərdə danışırıq, ancaq inanıram ki, vaxt gələcək biz eyni dildə danışacağıq və bizə tərcüməçilər lazım olmayacaq", - Trend -un məlumatına görə, bazar ertəsi Türkdilli Dövlətlərin Parlament Assambleyasının Bakıda keçirilən ilk sammitində Milli Məclisin sədri Oqtay Əsədov bildirib.

Trend -un arayışı: Azərbaycanın Milli Məclisində Türkdilli Döpvlətlərin Parlament Assambleyasının ilk sammmiti başlayıb.

Ötən il İstanbulda keçirilən türkdilli dövlətlərin parlament başçıları konfransı çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin daxil olduğu Türkdilli Dövlətlərin Parlament Assambleyasının təsis edilməsi barədə razılıq əldə olunub. Tədbirdə Özbəkistan və Türkmənistan iştirakdan imtina edib.

Assambleya üzvlərinin ümumi razılığı ilə qurumun Baş Katibliyinin Bakıda fəaliyyət göstərməsi qərara alınıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti