...

TürkPA nüfuzlu beynəlxalq təşkilata çevriləcək – Qazaxıstan və Qırğızıstanın Parlament başçıları

Siyasət Materials 29 Sentyabr 2009 13:08 (UTC +04:00)
Qazaxıstan və Qırğızıstanın Parlament başçıları əmindirlər ki, Türkdilli Dövlətlərin Parlament Assambelyası (TürkPA) nüfuzlu beynəlxalq təşkilata çevriləcək.
TürkPA nüfuzlu beynəlxalq təşkilata çevriləcək – Qazaxıstan və Qırğızıstanın Parlament başçıları

Azərbaycan, Bakı, 29 sentyabr / Trend , müxbir C.Babayeva/

Qazaxıstan və Qırğızıstanın Parlament başçıları əmindirlər ki, Türkdilli Dövlətlərin Parlament Assambelyası (TürkPA) nüfuzlu beynəlxalq təşkilata çevriləcək.

Parlament Assambleyası ölkələrin yaxınlaşması üçün faəliyyət göstərəcək, TürkPA-nın çərşənbə axşamı Bakıda keçirilən plenar iclasında Qazaxıstan Parlamentinin spikeri Oral Məhəmmədcanov bildirib.

"PA-nın ilk iclasının keçirilməsi tarixi hadisədir. Assambleya ölkələr arasındakı parlamentlərarası əməkdaşlığı möhkəmləndirəcək və dövlətlərin siyasi yaxınlaşmasına yardım edəcək", - spiker bildirib.

Türkdilli Dövlətlərin Parlament Assambleyası" AŞPA və İKT kimi nüfuzlu beynəlxalq təşkilata çevriləcək", - Məhəmmədcanov bildirib.

Qırğızıstan Parlamentinin spikeri Aytibay Taqayev də TürkPA sıralarını genişləndirməyi vacib hesab edir. "Türkdilli ölkələri mədəniyyət və dil birləşdirir", - Taqayev bildirib. "Türkdilli dövlətlərin əməkdaşlıq üçün böyük potensialı var",  - spiker qeyd edib.

Çərşənbə axşamı Bakıda Azərbaycan Milli Məclisinin, Qazaxıstan Respublikası Parlamentinin, Qırğızıstan Joqorku Keneşinin və Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti üzvlərinin iştirakı ilə Türkdilli Dövlətlərin Parlament Assambleyasının plenar iclası keçirilir.

Xəbər lenti

Xəbər lenti