...

"Prokurorluq haqqında" qanun layihəsi ilə bağlı açıqlamada müəyyən anlaşılmazlıq olub - Parlamentin Aparat rəhbəri

Siyasət Materials 30 Sentyabr 2009 18:05 (UTC +04:00)
"Türkdilli Ölkələrin Parlament Assambleyasının Bakıda keçirilən birinci plenar iclasına hazırlıq işləri ilə məşğul olduğumdan qanunvericilik təşəbbüsü əsasında Prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilən "Prokurorluq haqqında" qanuna əlavə və dəyişikliklər layihəsi ilə ətraflı tanış ola bilməmişdim. Ona görə də layihə ilə bağlı verdiyim açıqlamada müəyyən anlaşılmazlıq olub", - çərşənbə günü Trend News-a Parlamentin Aparat rəhbəri Səfa Mirzəyev deyib.
"Prokurorluq haqqında" qanun layihəsi ilə bağlı açıqlamada müəyyən anlaşılmazlıq olub - Parlamentin Aparat rəhbəri

Azərbaycan, Bakı, 30 sentyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin payız sessiyasında "Prokurorluq haqqında" qanuna əlavə və dəyişikliklər layihəsi müzakirəyə çıxarılacaq.

"Türkdilli Ölkələrin Parlament Assambleyasının Bakıda keçirilən birinci plenar iclasına hazırlıq işləri ilə məşğul olduğumdan qanunvericilik təşəbbüsü əsasında Prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilən "Prokurorluq haqqında" qanuna əlavə və dəyişikliklər layihəsi ilə ətraflı tanış ola bilməmişdim. Ona görə də layihə ilə bağlı verdiyim açıqlamada müəyyən anlaşılmazlıq olub", - çərşənbə günü Trend -a Parlamentin Aparat rəhbəri Səfa Mirzəyev deyib.

Mirzəyev bildirib ki, həmin layihədə baş prokuror, hərbi prokuror, Naxçıvan Muxtar Respublikasının prokuroru və hərbi prokurorunun təyinatı ilə bağlı məhdudiyyətin ləğvi haqqında müddəa var.

Sentyabrın 28-də Mirzəyev açıqlamasında bildirib ki, məhdudiyyətin ləğv olunması ilə bağlı təklifi deputat Qüdrət Həsənquliyev irəli sürüb. Əlavə və dəyişikliklər layihəsi parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirəyə çıxarılanda bu təklifə də baxılacağını deyən Mirzəyev qeyd edib ki, prezidentin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərdiyi layihədə məhdudiyyətin ləğvi nəzərdə tutulmayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti