...

İndoneziyada baş verən zəlzələ nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur - səfirlik

Siyasət Materials 2 Oktyabr 2009 15:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 oktyabr / Trend , müxbir M.Əliyev/

İndoneziyada Rixter cədvəli üzrə 7,6 bal gücündə baş verən zəlzələ nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur.

Zəlzələ cümə axşamı Qərbi Sumatra əyalətinin Padanq şəhərində baş verib.

Azərbaycanın bu ölkədəki səfirliyi yeraltı təkanlardan dərhal sonra İndoneziyada müvəqqəti yaşayan həmvətənləri ilə əlaqə saxlayaraq aydınlaşdırıb ki, onların heç biri xəsarət almayıb, Trend New-a Azərbaycan XİN-in mətbuat xidmərindən bildirilib.

Xəbər lenti

Xəbər lenti