...

Türk PA beynəlxalq status almaq niyyətindədir

Siyasət Materials 2 Oktyabr 2009 17:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 oktyabr / Trend , müxbir M.Əliyev/

Türkdilli Ölkələrin Parlament Assambleyası (Türk PA) beynəlxalq statusun alınması üzrə işlər görəcək.

"Türk PA gələcəkdə beynəlxalq qurumlarda ilk əvvəl qonaq və müşahidəçi qimsində çıxış edəcək. Sonra isə üzv olmaq barədə missiyanın keçirilməsi mümkündür", - cümə günü hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına Türk PA-nın baş katibi Ramil Həsənov məlumat verib. Onun sözlərinə görə, Türk PA-nın yaradılması barədə bütün beynəlxalq təşkilatlara xəbər veriləcək, Müstəqil Dövlətlər Birliyi və Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının parlament assosiasiyasının fəaliyyət təcrübəsi öyrəniləcək.

Assosiasiyanın baş katibinin sözlərinə görə, gələcəkdə Özbəkistan və Türkmənistan kimi dövlətlərin, həmçinin türkdilli muxtar respublikaların cəlb edilməsi üzrə səylər gücləndiriləcək. Hüquqi cəhətdən Türk PA-nın katibliyi 2010-ci il yanvarın 1-də fəaliyyətə başlayacaq.

Türk Pa çərşənbə axşamı Bakıda Azərbaycanın Milli Məclisinin, Qazaxıstan Respublikasının Parlamentinin, Qırğızıstanın Joqorku Keneşinin, Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətləri üzvlərinin iştirakı ilə plenar iclasda yaradılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti