...

Ermənistan üçün faydalı olan, diaspor üçün heç də həmişə faydalı olmur – ekspert

Siyasət Materials 7 Oktyabr 2009 16:41 (UTC +04:00)
Dünyanın erməni lobbisi bütün gücü ilə Türkiyə-Ermənistan münasibətlərinin normalaşdırılmasına mane olur. Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun direktoru Svante Kornel belə hesab edir.
Ermənistan üçün faydalı olan, diaspor üçün heç də həmişə faydalı olmur – ekspert

Azərbaycan, Bakı, 07 avqust / Trend , müxbir R.Hafizoğlu/

Dünyanın erməni lobbisi bütün gücü ilə Türkiyə-Ermənistan münasibətlərinin normalaşdırılmasına mane olur. Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun direktoru Svante Kornel belə hesab edir.

"Ermənistanın özü ilə dünyanın erməni lobbisi arasında böyük fərq var. Ölkə üçün faydalı olan, diaspor üçün heç də həmişə faydal olmur", - Trend -a çərşənbə günü İsveçdən telefonla Kornel bildirib.

"Türkiyə və Ermənistan arasında diplomatik münasibətlərin qurulmasına dair müqavilənin oktyabrın 10-da imzalanması planlaşdırılır", - bu barədə Trend -a eksklüziv müsahibəsində Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.

Avropa, Argetina və ABŞ-da xarici erməni icmalarının nümayəndələri Türkiyə ilə müqavilənin imzalanmasına qarşı çıxaraq, Prezident Sarkisyanı etiraz aksiyaları və mitinqlərlə qarşılayıblar.

Erməni diasporunun etiraz aksiyası bütün dünyada keçirilir. Sarkisyanı Paris, Nyu-York və Los-Ancelesdə də etiraz aksiyaları ilə qarşılayıblar. Nümayişçilər Ermənistan Prezidentini "Satqın!" "Protokollara yox" şüarları ilə qarşılayıblar.

Protokoların imzalanmasına qarşı minitinqlərin keçirildiyi Ermənistan daxilində də bir neçə müxalifət partiyası Sarkisyan siyasətinə qarşı çıxış edir.

Oktyabrın 6-da axşam Yerevanda Türkiyə ilə münasibətlərin inkişafına dair protokolların imzalanmasına qarşı etiraz aksiyası keçirilib. Armenia Today xəbər verir. Tədbir "Miatsum" (Birlik) hərakatı tərəfindən təşkil olunub. Aksiya iştirakçıları "erməni soyqırımı" qurbanlarına həsr olunan abidə kompleksinə kimi yürüş təşkil ediblər. Orada onlar sönməz məşəldə protokolların surətini, həmçinin Ermənistan Prezidenti Serj Sarkisyanın şəklini yandırıblar.

"Hazırda lobbi Türkiyəyə çox zərər vurmaq istədiyi qədər Ermənistana kömək etmək istəmir. Bu müqavilə Türkiyə və Ermənistanın konkret sərhədlərini müəyyənləşdirəcək, diaspor isə hazırda mövcud olan sərhədləri tanımır", - Kornel bildirib.

Kornelin sözlərinə görə, Ermənistan hökuməti, diasporun fikrincə, öz xalqı adından danışmır. "Diaspor prezidentə təsir göstərmək üçün mümkün olan hər şeyi edir və diasporun təsiri Ermənistan hökumətinin baş ağrısıdır", - Kornel qeyd edib.

Onun sözlərinə görə, erməni diasporu uzun illərdir ki, belə cəsarətlə çıxış edir, çünki lobbi ölkənin təkcə maliyyə stabilliyini deyil, həmçinin daxili siyasi prosesləri dəstəkləyir.

"Lakin əgər Ankara və Yerevan arasında münasibətlərin normalaşdırılması prosesinin pozulması baş verərsə, bu, təkcə erməni diasporunun deyil, həmçinin türk müxalifətinin fəaliyyətinin nəticəsi olacaq", - ekspert belə hesab edir.

Kornelin fikrincə, bu amillə yanaşı, Türkiyə-Azərbaycan münasibətləri də prosesə mənfi təsir göstərə bilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti