Gürcüstan, Tbilisi, 09oktyabr / Trend , müxbir N.Kirsxaliya/
Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze 12-13 oktyabr tarixlərində Böyük Britaniyaya rəsmi səfər edəcək.
İngiltərə ilə hələ dəqiqləşdirilmədiyi üçün səfərin detalları barədə məlumat verilmir.
Gürcüstan XİN-dən verilən məlumata görə, Vaşadze Böyük Britaniya rəsmilərilə görüşəcək.
Görüş zamanı Gürcüstan-İngiltərə ikitərəfli münasibətləri, həmçinin Gürcüstanın Avropa İttifaqı və NATO-ya inteqrasiyası məsələləri müzakirə olunacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]