...

Azərbaycanda terror barədə yalan məlumat verən şəxslər müəyyən edilib

Siyasət Materials 12 Oktyabr 2009 13:54 (UTC +04:00)
Daxili İşər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 10-da metronun “Nizami” stansiyasına bomba qoyulması barədə yalan məlumatın kim tərəfindən verildiyi müəyyən olunub.
Azərbaycanda terror barədə yalan məlumat verən şəxslər müəyyən edilib

Azərbaycan, Bakı, 12 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda terror barədə yalan məlumat verən şəxslər müəyyən edilib

Daxili İşər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 10-da metronun "Nizami" stansiyasına bomba qoyulması barədə yalan məlumatın kim tərəfindən verildiyi müəyyən olunub.

Məlumatın Biləsuvar rayonu ərazisində məskunlaşmış Cəbrayıl rayon sakinləri Eyvaz Əlizadə və Məhəmmədəli Hüseynov tərəfindən verildiyi bəlli olub.

Özünü Sabir kimi təqdim edən şəxs isə DİN-in 102 Zəng Xidmətinə zəng edərək Bayıl qəsəbəsindəki 7 nömrəli ərzaq mağazasına naməlum şəxs tərəfindən bomba qoyulması barədə məlumat verib.

Müvafiq tədbirlər görülüb və məlumat təsdiqini tapmayıb. Araşdırmalar zamanı zəng edənin Bayıl qəsəbə sakini, ruhi xəstə Sabir Miriyev olması məlum olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti