...

Azərbaycan 907-ci düzəlişin ləğv edilməsi üçün daha fəal hərəkət etməlidir - sabiq konqresmen

Siyasət Materials 15 Oktyabr 2009 10:28 (UTC +04:00)
ABŞ Konrqesinin Silahlı Qüvvələr Komitəsinin keçmiş vitse-sədri Kurt Ueldon (Curt Weldon) Azərbaycanın Amerikadakı diasporunu təkidlə 907-ci düzəlişin ləğv edilməsi üçün daha fəal hərəkət etməyə çağırır.
Azərbaycan 907-ci düzəlişin ləğv edilməsi üçün daha fəal hərəkət etməlidir - sabiq konqresmen

ABŞ, Vaşinqton, 14 oktyabr / Trend , müxbir N.Boqdanova/

ABŞ Konrqesinin Silahlı Qüvvələr Komitəsinin keçmiş vitse-sədri Kurt Ueldon (Curt Weldon) Azərbaycanın Amerikadakı diasporunu təkidlə 907-ci düzəlişin ləğv edilməsi üçün daha fəal hərəkət etməyə çağırır.

"Azərbaycan diasporu və lobbi təşkilatları bunun üçün böyük səy göstərməlidirlər", - Trend -a ABŞ konrqesində Azərbaycan fraksiyasının keçmiş başçısı Ueldon bildirib.

1992-ci ilin oktyabrında ABŞ Konqresi keçmiş sovet respublikalarına dövlət yardımının göstərilməsini tənzimləyən "Azadlığın dəstəklənməsi aktı"nı qəbul edib.

Bu qanuna edilən 907-ci düzəliş Azərbaycanın rəsmi qurumlarına Amerika hökumətinin birbaşa yardımının göstərilməsinə qadağa qoyur.

Düzəlişin qüvvədə olması 2002-ci ildən ABŞ Prezidenti tərəfindən dayandırılır. 907-ci düzəlişin işi həmçinin 2009-cu ildə də dayandırılıb.

Ueldonun sözlərinə əsasən, artıq bir neçə ildir ki, Azərbaycanın Dostluq Qrupu bu məsələni qaldırır və əgər onlara yardım göstərilməsə onların cəhdləri kifayət etməyəcək.

"Azərbaycan diaporu Konqres üzvləri ilə münasibətləri yoluna qoymalı və onlardan Ermənistan Dostluq Qrupundan kiçik olan qruplarına qoşulmağı xahiş etməlidir", - bildirib.

"Amerika-Azərbaycan münasibətləri bütün aspektlərdə inkişaf etməlidir", - Ueldon əlavə edib. Onun sözlərinə əsasən, o bundan sonra da Konqresi iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması üzrə səyləri dəstəkləməyə çağıracaq.

"Səhiyyə, ətraf mühitin mühafizəsi, elm, texnologiya üzrə və dövlət kadrlarının mübadiləsi sahəsində əməkdaşlıq üçün böyük imkanlar var", - o qeyd edib.

Dağlıq Qarabağ məsələsinə gəldikdə isə Konqresin keçmiş üzvü Ueldon ABŞ-ın Azərbaycanın əraz bütövlüyünü dəstəkləməsi və Birləşmiş Ştatların Rusiya, Fransa ilə yanaşı münaqişənin sülh yolu ilə həllinə nail olunmasında iştirak etməsi mövqeyini dəstəklədiyini bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti