Azərbaycan, Bakı, 15 oktyabr / Trend , müxbir E.Ostapenko /
ATƏT-in Parlament Assambleyasının Dağlıq Qarabağ və Cənubi Osetiya üzrə xüsusi nümayəndəsi Qoran Lennmarker (Goran Lennmarker) noyabrda Cənubi Qafqazdakı hər üç ölkəyə - Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək, bu barədə Parlament Assamleyasının mətbuat ofisindən bildirilib. Səfərin dəqiq tarixi hələlik müəyyən edilməyib.
ATƏT-in mətbuat mərkəzinə müsahibəsində Lennmarker qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyət hər zaman olduğundan daha nikbindir.
"Mən vəziyyətin indi, 2009-cu ilin sonunda əvvəlcə olduğundan daha nikbin olmasını qeyd etməyə şadam", - Lennmarker ATƏT-in Afinadakı payız sessiyasında Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələri ilə görüşdən sonra bildirib.
Son zamanlar Azərbaycan və Ermənistan prezidentləri, xarici işlər nazirləri dəfələrlə görüşüblər ki, bu da Dağlıq Qarabağa dair danışıq prosesinin fəallaşmasının əlamətidir, o, belə hesab edir. Lennmarkerin sözlərinə əsasən, hazırda münaqişənin həll olunması üçün yaxşı imkan var.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
Lennmarker ötən şənbə Türkiyə və Ermənistan arasında diplomatik münasibətlərin bərpasına dair protokoların imzalanmasını alqışlayaraq bu müqavilə ilə Türkiyənin yalnız Ermənistanla münasibətləri bərpa etmədəyini, eyni zamanda bütün Cənubi Qafqaz regionunun inkişafına böyük töhvə verdiyini bildirib.
İmzalanmış protokollar təsdiqlənməsi üçün hər iki ölkənin parlamentinə təqdim ediləcək.
Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub. Bu yaxınlardakı ixtilaflara baxmayaraq, onlar arasında münasibətlərin normallaşmasına dair yol xəritəsi aprel ayında razılaşdırılmışdı.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]