...

Azərbaycanın xarici işlər naziri Misir XİN rəhbərinin müavini ilə görüşüb

Siyasət Materials 23 Oktyabr 2009 15:59 (UTC +04:00)
Oktyabrın 23-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Misir XİN rəhbərinin müavini, səfir Məhəmməd Əl-Ərəbini qəbul edib. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətindən Trend News-a məlumat verilib.
Azərbaycanın xarici işlər naziri Misir XİN rəhbərinin müavini ilə görüşüb

Azərbaycan, Bakı, 23 oktyabr / Trend , müxbir M.Əliyev/

Oktyabrın 23-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Misir XİN rəhbərinin müavini, səfir Məhəmməd Əl-Ərəbini qəbul edib. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətindən Trend -a məlumat verilib.

Görüş zamanı Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iclasının nəticələri, təşkilatın fəaliyyəti və gələcək planları müzakirə olunub.

Tərəflərin fikrincə, Azərbaycan ilə Misir arasında qarşılıqlı münasibətlərin yüksək səviyyəsi onların genişlənməsi və dərinləşməsi üçün imkanlar yaradır. Görüşdə qeyd olunub ki, hər iki ölkə enerji resurslarının hasilatında və işlənməsi sahəsində böyük təcrübəyə malikdir. Buna görə də bu və digər sahələrdə olan qarşılıqlı təcrübə mübadiləsinin ön plana çəkilməsi məqsədəuyğundur.

Tərəflər həmçinin, Cənubi Qafqazda və Yaxın Şərqdəki prosesləri də müzakirə ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti