...

Qafqaz regionunda uğursuzluğun nəticələri hamıya toxunacaq – ABŞ-ın vitse-prezidenti

Siyasət Materials 27 Oktyabr 2009 15:28 (UTC +04:00)
Qafqaz regionunda uğursuzluğun nəticələri hamıya toxunacaq. ABŞ-ın vitse-prezidenti Co Bayden belə hesab edir.
Qafqaz regionunda uğursuzluğun nəticələri hamıya toxunacaq – ABŞ-ın vitse-prezidenti

Qafqaz regionunda uğursuzluğun nəticələri hamıya toxunacaq. ABŞ-ın vitse-prezidenti Co Bayden belə hesab edir.

"XXI əsrdə dünyaya sülh gətirib-gətirməməyimizi bizim nəvələrimiz yaxın 10 il ərzində söyləyə bilərlər. Mənim baxışıma görə, bu regionda ugursuzluğun nəticələri hamıya öz təsirini göstərəcək. Buna görə də bu hamını narahat edir, mən bu perspektivlərə pessimizmlə yox, ümidlə baxıram", - Bayden RFE/RL müxbirinə verdiyi müsahibə zamanı belə deyib. Məlumatı "İnosmi" saytı yayıb.

Baydenin sözlərinə görə, Qərb qarşısında böyük təhlükə və böyük imkanlar açılıb. "Belə vəziyyətdə bütün böyük sahiblər (və böyük alyanslar) baş verən dəyişikliklərdən müsbət yöndə istifadə edirlər, onları imkanlara çevirirlər", - o hesab edir. "Bu imkandır. Mən Klinton dövlət katibliyini təbrik edirəm - biz Türkiyə və Ermənistan arasında baş verənləri gördük. Gördük ki, digər çoxdankı və ağrılı münaqişələrlə nə baş verir...", - Bayden deyib.

Baydenin nöqteyi nəzərindən regionda bu hadisələr baş verir: İnsanlar anlamağa başlayırlar ki, əməkdaşlığı möhkəmlətmək lazımdır. "İş sevgi və bağlılıqda deyil, imkan və zəruriyyətlərdədir. Avropa oyanır, - əlbəttə mən nahaq belə dedim, lakin pis bir şey nəzərdə tutmamışam - və regionda gedən proseslərdə konstruktiv rol oynamağın və öz bazarlarını regionun təbii zənginlikləri ilə təmin etməyin yollarını axtarır", - o deyib.

"Bu, çətin zaman dövrüdür, - Bayden belə hesab edir. - O, təhlükəlidir, lakin fikrimcə, imkanlar təhlükələri çəkir. Hesab edirəm ki, daha çox müsbət hadisələr baş verir. Belə ki, biz öz dostlarımızla Türkiyədə, Avropada, Mərkəzi Avropanın müxtəlif ölkələrində işləyirik. Bu ölkələrdə real dəyişikliklər baş verir", - o deyib.

Vitse-prezident hesab edir ki, Rusiya da ABŞ kimi dünyada baş verən dəyişikliklərə münasibət bildirir.

"Burada heç kimin günahı yoxdur. Biz hamımız dəyişiklik anlarından birini yaşayırıq, Rusiya da yeni rol, yeni eyniyyət axtarır. Biz, Rusiyanı nüfuzlu sahib, nüfuzlu oyunçu hesab edirik. O, sülhün tərəqqisinə ciddi şəkildə yardım etmək potensialına malikdir", - Bayden deyib.

"Lakin hazırda ABŞ kimi Rusiaya da ağır iqtisadi dövr yaşayır, üstəlik onun siyasi sistemi hələ indi formalaşır", - o belə hesab edir.

"Belə deyək: Mən reailst kimi Rusiyaya açıq gözlə baxıram. Bununla belə mən gözləyirəm ki, yaxın 10 il ərzində Rusiya onun maraqlarının bir çoxlarının hesab etdiyi kimi alternativ kursda yox, inteqrasiya sahəsində yerləşdiyini görəcək. Buna görə də biz dialoqları davam etdirməliyik", - Bayden deyib.

Baydenin sözlərinə görə, bir sıra məsələlər var ki, ABŞ onları qurban verə bilməz.

"Biz nə təsir sahəsi ilə bağlı fikirlərlə, nə də veto hüququ ilə bağlı ideyalarla razı deyilik. Lakin bu, keçid dövrüdür. Bizdən danışıqlar aparmaq və realist olmaq tələb edilir. Ancaq mən istənilən halda hesab edirəm ki, ümidlər təhlükələrdən çoxdur", - o deyib.

Xəbər lenti

Xəbər lenti