...

Azərbaycanın müxalifətyönlü partiyası bələdiyyə seçkilərində 102 namizədlə iştirak edəcək

Siyasət Materials 29 Oktyabr 2009 14:10 (UTC +04:00)
“Partiyanın bələdiyyə seçkilərində iştirak etmək istəyən üzvlərinin bir qisminin namizədliyi müvafiq dairə seçki komissiyalarında qeydiyyata alınıb və hazırda onlar imzatoplama kampaniyasını uğurla aparırlar”, - cümə axşamı Trend News-a Müasir Müsavat Partiyasından bildirilib.
Azərbaycanın müxalifətyönlü partiyası bələdiyyə seçkilərində 102 namizədlə iştirak edəcək

Azərbaycan, Bakı, 29 oktyabr / Trend , muxbir A.Hüseynbala/

Azərbaycanın müxalifətyönlü partiyası bələdiyyə seçkilərində 102 namizədlə iştirak edəcək.

"Partiyanın bələdiyyə seçkilərində iştirak etmək istəyən üzvlərinin bir qisminin namizədliyi müvafiq dairə seçki komissiyalarında qeydiyyata alınıb və hazırda onlar imzatoplama kampaniyasını uğurla aparırlar", - cümə axşamı Trend -a Müasir Müsavat Partiyasından bildirilib.

Trend -un arayışı: Azərbaycanda bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək. 1718 bələdiyyəyə 15682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.

Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Məlumatda qeyd edilir ki, partiya bələdiyyə seçkilərində ümumilikdə 102 namizədlə iştirak edəcək və digər namizədlər də sənədlərini yaşadıqları ərazilərin seçki komissiyalarına veriblər.

Hаfiz Hаcıyеv 1992-93-cü illərdə "Аzərbаlıq" Dövlət Коnsеrninin sədri оlub. 2000-ci ildə Мüаsir Мüsаvаt Pаrtiyаsını təsis еdib, pаrtiyа 2002-ci ildə dövlət qеydiyyаtındаn kеçib.

Мüаsir Мüsаvаt Pаrtiyаsı özünü iqtidаrа qаrşı kоnstruktiv müxаlifət hеsаb еdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti