...

Estoniyanın daxili işlər naziri Gürcüstanda səfərdədir

Siyasət Materials 3 Noyabr 2009 20:26 (UTC +04:00)
Estoniyanın daxili işlər naziri Marko Pomerans Gürcüstana işgüzar səfər edib. Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, səfər zamanı Pomerans yerli DİN-in işi ilə tanış olacaq və ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcək.
Estoniyanın daxili işlər naziri Gürcüstanda səfərdədir

Gürcüstan, Tbilisi, 03 noyabr / Trend , müxbir N.Kirsxaliya/

Estoniyanın daxili işlər naziri Marko Pomerans Gürcüstana işgüzar səfər edib. Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, səfər zamanı Pomerans yerli DİN-in işi ilə tanış olacaq və ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcək.

Səfər zamanı Pomerans Gürcüstanın Daxili işlər naziri Vano Merabişvili, Gürcüstan DİN Akademiyasının rektoru Xati Dekanoidze, Patrul Polisi Departamentinin direktoru Georgi Qriqalaşvili və digər rəsmi şəxslərlə görüşəcək.

Tərəflər iki ölkənin nazirliklərinin ikitərəli əməkdaşlığına dair razılaşmanın vəziyyətini, terrorizmlə birgə mübarizə işlərini, beynəlxalq cinayətkarlıq, qanunsuz silah və narkotik dövriyyəsini müzakirə ediblər.

Xüsusilə də Gürcüstan polislərinin Estoniyanın DİN Akademiyasında təhsil almaları məsələsi  müzakirə mövzusu olacaq.

Qeyd etmək lazımdır ki, bu, Estoniyanın DİN rəhbərinin Gürcüstana ilk səfəridir. Səfər noyabrın 4-dək davam edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti