...

Əfqanıstanda korrupsiya ilə mübarizə qənaətbəxş deyil - parlament komissiyasının sədr müavini

Siyasət Materials 3 Noyabr 2009 16:13 (UTC +04:00)
Əfqanıstan Parlamentinin Ədliyyə, idarələrdə islahat və korrupsiya ilə mübarizə komissiyasının sədr müavini Moləvi Gül Əhməd bildirib ki, hakimiyyətdə korrupsiya, rüşvət və maliyyə məsələləri üzrə qanun pozuntusu halları çoxdur və bu istiqamətdə atılmış addımlar qənaətbəxş deyil.
Əfqanıstanda korrupsiya ilə mübarizə qənaətbəxş deyil - parlament komissiyasının sədr müavini

Azərbaycan, Bakı, 03 noyabr / Trend , müxbir D.Xatınoğlu/

Əfqanıstan Parlamentinin Ədliyyə, idarələrdə islahat və korrupsiya ilə mübarizə komissiyasının sədr müavini Moləvi Gül Əhməd bildirib ki, hökumət idarələrində korrupsiya, rüşvət və maliyyə məsələləri üzrə qanun pozuntusu halları çoxdur və bu halların qarşısının alınması istiqamətində atılmış addımlar qənaətbəxş deyil.

Prezident Həmid Kərzai ikinci prezidentliyi zamanı birinci mətbuat konfransında bildirib ki, növbəti beşillik prezidentliyi dövründə onun birinci prioriteti "dövlət idarələrində rüşvət və korrupsiya" ilə mübarizə və ölkənin təhlükəsizliyinin təmini olacaq.

Əfqanıstan Parlamentinin Ədliyyə, idarələrdə islahat və korrupsiya ilə mübarizə komissiyasının sədr müavini Trend -a telefonla Kabildən bildirib ki, parlament, xüsusilə də korrupsiya əleyhinə komissiya hökumətin bütün idarə və orqanlarına nəzarət etməlidir. "Biz bununla bağlı hazırladığımız planı Kərzai hökumətinə təhvil vermişik, hökumət də öz təklifləri və təşəbbüslərini parlamentə təqdim edib", - Gül Əhməd çərşənbə axşamı bildirib.

Onun sözlərinə görə, hökumət parlamentin təkliflərinin bir qismini qəbul edib. "Lakin hökumətə verdiyimiz təkliflər tamamilə qəbul olunmayıb. Məsələn, bizhökumətdən zəmanət almağaçalışırıq ki, korrupsiya və rüşvətdə əli olan vəzifəli şəxslərin məhkəməyə verilməsinin qarşısı alınmasın. Hökumət də bununla bağlı bizimlə əməkdaşlıq etməlidir və korrupsiyada əli olan vəzifəliləri işdən azad etməlidir", - korrupsiya ilə mübarizə komissiyasının sədr müavini bildirib.

Onun sözlərinə görə, hələlik idarələrdə korrupsiya və rüşvətdə əli olanlarla bağlı ayrıca məhkəmə yoxdur, lakin bu cinayətlərin işinə baxan idarələr var.

Gül Əhməd bildirib ki, qanunvericiliyə görə, idarələrdə rüşvət və korrupsiyada əli olanlar üçün ayrıca məhkəmələr yaradılmalıdır, lakin hələlik bununla bağlı qanunlar həyata keçirilməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti