...

Azərbaycan və Türkmənistanın mehriban qonşuluq əlaqələrinin "böyük gələcəyi" var - Prezident Qurbanqulu Berdiməhəmmədov

Siyasət Materials 4 Noyabr 2009 15:52 (UTC +04:00)
Bu gün Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri "bizim ölkələrimizin çoxcəhətli əməkdaşlıq və mədəni əlaqələrinin böyük gələcəyinin olmasına sübutdur". Bu barədə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmədovun müraciətində deyilir.
Azərbaycan və Türkmənistanın mehriban qonşuluq əlaqələrinin "böyük gələcəyi" var - Prezident Qurbanqulu Berdiməhəmmədov

Türkmənistan, Aşqabad, 04 noyabr / Trend , müxbir H.Həsənov/

Bu gün Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri "bizim ölkələrimizin çoxcəhətli əməkdaşlıq və mədəni əlaqələrinin böyük gələcəyinin olmasına sübutdur". Bu barədə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmədovun müraciətində deyilir.

"Bizim dost dövlətlər arasındakı mehriban qonşuluq münasibətlərimiz bu gün yeni tərkib əldə edib... Əminəm ki, Türkmənistan və Azərbaycan respublikaları arasında olan dostluq əlaqələri gələcəkdə genişlənəcək və daha da möhkəmlənəcək", - Berdiməhəmmədovun mədəniyyət tədbiri iştirakçılarına müraciət mətnində deyilir.

Türkmənistan rəhbəri həmçinin qeyd edib ki, "qədim zamanlardan Türkmənistan və Azərbaycan xalqları möhkəm dostluq və qardaşlıq əlaqələri ilə, tarix və mədəniyyətin ümumiliyi və adət-ənənələrin oxşarlığı ilə bir-birinə bağlı olublar".

"Son zamanlar imzalanan ikitərəfli sənədlər də çoxcəhətli əməkdaşlığın inkişafının sübutudur. İndiki mədəniyyət tədbiri münasibətlərin gələcək inkişafının əyani göstəricisidir", - türkmənbaşı deyib.

Beynəlxalq mədəni tədbirlərdə iki ölkənin görkəmli mədəniyyət xadimləri, alimlər və yazıçılar, rəssam və heykəltəraşlar, tətbiqi incəsənət ustaları iştirak edirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti