...

Azərbaycan və Bolqarıstan arasında hökumətlərarası sənədlər imzalanıb

Siyasət Materials 13 Noyabr 2009 17:13 (UTC +04:00)
Cümə günü Sofiyada Azərbaycan Prezidenti İlham Əliyevin və Bolqarıstan Prezidenti Georgi Pırvanovun iştirakı ilə Azərbaycan-Bolqarıstan sənədlərinin imzalanması mərasimi olub.
Azərbaycan və Bolqarıstan arasında hökumətlərarası sənədlər imzalanıb

Cümə günü Sofiyada Azərbaycan Prezidenti İlham Əliyevin və Bolqarıstan Prezidenti Georgi Pırvanovun iştirakı ilə Azərbaycan-Bolqarıstan sənədlərinin imzalanması mərasimi olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Bolqarıstan Respublikasının İqtisadiyyat, Enerji və Turizm Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum"u Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və Bolqarıstanın iqtisadiyyat, enerji və turizm naziri Trayço Traykov imzalayıblar.

"Bolqarıstanın "Bulqartransqaz" Şirkəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında təbii qazın nəqli sahəsində qarşılıqlı Anlaşma Memorandumu"nu "Bulqartransqaz"ın icraçı direktoru İvan Drenoviçki və ARDNŞ-nin vitse-prezidenti Elşad Nəsirov imzalayıblar.

Xəbər lenti

Xəbər lenti