...

Azərbaycanın müxalifət partiyasının 40 üzvü bələdiyyəyə namizəd kimi qeydiyyata alınıb

Siyasət Materials 18 Noyabr 2009 14:28 (UTC +04:00)
"Bələdiyyələrə namizədlikiləri qeydiyyata alınanlar arasında partiya mənsubiyyətini göstərməyən üzvlərimiz də var", - çərşənbə günü Trend News-a Azərbaycna Milli İstiqlal Partiyasının (AMİP) mətbuat və təbliğat katibi Əli Orucov bildirib.
Azərbaycanın müxalifət partiyasının 40 üzvü bələdiyyəyə namizəd kimi qeydiyyata alınıb

Azərbaycan, Bakı, 18 noyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın müxalifət partiyasının 40 üzvü bələdiyyəyə namizəd kimi qeydiyyata alınıb.

"Bələdiyyələrə namizədlikiləri qeydiyyata alınanlar arasında partiya mənsubiyyətini göstərməyən üzvlərimiz də var", - çərşənbə günü Trend -a Azərbaycna Milli İstiqlal Partiyasının (AMİP) mətbuat və təbliğat katibi Əli Orucov bildirib.

Trend -un arayışı: Azərbaycanda bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək. 1718 bələdiyyəyə 15682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.

Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Orucovun sözlərinə görə, partiyanın bələdiyyələrlə iş üzrə katibi Elşən Mustafayev də bələdiyyə üzvlüyünə namizəddir. "O, Yasamal rayon bələdiyyəsinə namizəddir. Mən öz namizədliyimi Binəqədi rayonu Rəsulzadə qəsəbə bələdiyyəsinə irəli sürmüşəm. Partiyanın təşkilat katibi Nazim Ələsgərov da həmin bələdiyyəyə namizəd kimi qeydiyyata alınıb", - mətbuat və təbliğat katibi əlavə edib.

AMİP funksioneri deyib ki, gənclər təşkilatının sədr əvəzi Müsəddir Abdullayevlə Siyasi Şuranın üzvü Ceyran Ənsər isə Nəsimi rayon bələdiyyəsinə namizədliklərini irəli sürüblər.

АMİP 1992-ci ildə yаrаdılаn вə Аzərbаycаndа ilk dövlət qеydiyyаtınа аlınаn pаrtiyаdır. Etibar Məmmədov 2004-cü ilin sonunda partiyanın sədrliyindən istefa verdikdən sonra partiya daxilində parçalanma baş verib. Ondan sonra AMİP-in sədri olan Əli Əliyevə qarşı partiya daxilində narazılıq yarandığı zaman partiya üzvlərinin bir qismi AMİP-dən gediblər

Еtibаr Məmmədоv hаzırdа Bеynəlxаlq Dеmоkrаt İttifаqının (BDİ) sədr müаvinidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti