...

Azərbaycanın xarici işlər naziri ABŞ Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə xüsusi elçisinin baş müşavirini qəbul edib

Siyasət Materials 18 Noyabr 2009 18:16 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə xüsusi elçisinin baş müşaviri Daniel Steyni qəbul edib.
Azərbaycanın xarici işlər naziri ABŞ Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə xüsusi elçisinin baş müşavirini qəbul edib

Azərbaycan, Bakı, 18 noyabr / Trend , müxbir M.Əliyev/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə xüsusi elçisinin baş müşaviri Daniel Steyni qəbul edib. Bu barədə çərşənbə günü nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanla ABŞ arasında geniş əlaqələrin olduğunu qeyd edən Steyn ABŞ-ın Azərbaycanla enerji sahəsində uzunmüddətli uğurlu əməkdaşlığını məmnuniyyətlə qeyd edib. Həmçinin qonaq qlobal enerji təhlükəsizliyinin təmin olunması məsələsinin ABŞ-ın xarici siyasətinin prioritetlərindən biri olması və ölkəsinin enerji daşıyıcılarının dünya bazarlarına çatdırılmasında çoxşaxəliliyi dəstəklədiyini deyib.

Məmmədyarov iki ölkə arasında enerji sahəsindəki əməkdaşlığı yüksək qiymətləndirib, Azərbaycanın mühüm coğrafi məkanda yerləşdiyini qeyd edərək ölkəmizin enerji daşıyıcıların ixracatçısı olması ilə yanaşı, onların dünya bazarlarına çatdırılmasındakı tranzit imkanlarını da vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti