...

Azərbaycanda dövlət ehtiyacı üçün lazım olan torpaqlar geri alınacaq

Siyasət Materials 19 Noyabr 2009 14:42 (UTC +04:00)
Lahiyədə dövlət ehtiyacı üçün alınacaq torpaqlarla bağlı mülkiyyət sahibinə bir ay əvvəlcədən xəbərdarlıq edilməsi nəzərdə tutulur. Mülkiyyət sahibi həmin torpağın alınması ilə razılaşmadğı halda 90 gün müddətində məhkəməyə müraciət edə bilər.

Azərbaycan, Bakı, 19 noyabr / Trend , müxbir A.Hüseynbala/

Azərtbaycan Parlamentinin komitəsində "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanun lahiyəsi müzakirə olunub.

"Dövlət ehtiyacları deyiləndə dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərin (maqistral, neft və qaz kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xəttlərinin, hidrotexniki qurğuların) çəkilməsi nəzərdə tutulur. Lahiyədə dövlət ehtiyacı üçün alınacaq torpaqlarla bağlı mülkiyyət sahibinə bir ay əvvəlcədən xəbərdarlıq edilməsi nəzərdə tutulur. Mülkiyyət sahibi həmin torpağın alınması ilə razılaşmadğı halda 90 gün müddətində məhkəməyə müraciət edə bilər", - Trend -un məlumatına görə, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında komitənin sədri Eldar İbrahimov bildirib.

Onun sözlərinə görə, sərhəd boyu zolaqda dövlət sərhədlərinin etibarlı mühafizəsini təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi üçün də torpaqlar dövlət ehtiyacı üçün alına bilər.

"İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş məhdudiyyətlərdən asılı olmayaraq, xüsusi və bələdiyyə mülkiyyətində olan, dövlət mülkiyyətində olan torpaqlar üzərində istifadə və icarə hüquqlarının dövlət ehtiyacları üçün geri alınması nəzərdə tutulur", - komitə sədri əlavə edib.

İbrahimov deyib ki, layihə Parlamentə Prezident Administrasiyasınan daxil olub. "Müzakirələr zamanı təklif olunan əlavə və dəyişiklər Prezident Administrasiyası ilə razılaşdırıldıqdan sonra layihə ikinci oxunuşda Parlamentin müzakirəsinə təqdim olunacaq", - o deyib.

Layihədə mülkiyyət sahiblərinə kompensasiyaların ödənilməsi ilə də bağlı müddəa nəzərdə tutulur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti