...

Moldova Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdən səfirlərini geri çağırıb

Siyasət Materials 19 Noyabr 2009 16:27 (UTC +04:00)
Moldova Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdən səfirlərini geri çağırıb.
Moldova Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdən səfirlərini geri çağırıb

Azərbaycan, Bakı, 19 noyabr / Trend , müxbir V.Javoronkova/

Moldova Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdən səfirlərini geri çağırıb.

"Bu qərarı cümə axşamı Moldova hökuməti xarici işlər və Avropaya inteqrasiya naziri Yuri Lyankenin təklifi əsasında qəbul edib", - "Novosti Moldova" xəbər verir.

Vəzifəsindən kənarlaşdırılanlar: Moldovanın Avropa Şurası yanında daimi nümayəndəsi Yeudjeniya Kistruqa, Moldovanən Azərbaycandakı səfiri (eyni zamanda Gürcüstandakı səfiri ) İon Robu, Belarusdakı səfir Valeri Bobutsak, Çexiyadakı səfir Valerian Kristiya, Bolqarıstandakı səfir Lidiya Qutsu və Fransadakı səfir (həmçinin Əlcəzairdə) Viktoriya İftodi.

Moldovanın XİN rəhbəri qeyd edib ki, səfirlərin geri çağırılmasına səbəb hökumətin diplomatik korpusu möhkəmlətmək və Avropaya inteqrasiya sahəsində daha da fəal işlər görmək onun peşəkarlığını artırmaq niyyətidir.

"Geri çağırılan səfirlər əvvəlcə siyasi meyarlar üzrə təyin olunmuşdu, onlar Avropaya inteqrasiya siyasətinin irəliləməsi üzrə kifayət qədər təşəbbüskar deyildilər və Xarici İşlər Nazirliyini baş verən hadisələr barədə lazımi qədər məlumatlandırmırdırlar. Onların vəzifələrində saxlanması Moldovanın xarici siyasətinin durğunluğu demək olardı", - Yuri Lyanke izah edib.

Moldovanın Azərbaycandakı səfiri bu vəzifədə 2006-cı ildən fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti