...

Azərbaycanın Ümid Partiyası ana müxalifət adına iddialıdır

Siyasət Materials 23 Noyabr 2009 12:50 (UTC +04:00)
"2008-ci ildə keçirilən prezident seçkilərində namizəd kimi mən ikinci yeri tutduğumdan hazırda ana müxalifət partiyası funksiyasını bizim partiya yerinə yetirir", - bazar ertəsi Trend News-a Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə bildirib.
Azərbaycanın Ümid Partiyası ana müxalifət adına iddialıdır

Azərbaycan, Bakı, 23 noyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın müxalif Ümid Partiyası ana müxalifət adına iddialıdır.

"2008-ci ildə keçirilən prezident seçkilərində namizəd kimi mən ikinci yeri tutduğumdan hazırda ana müxalifət partiyası funksiyasını bizim partiya yerinə yetirir", - bazar ertəsi Trend -a Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə bildirib.

Trеnd Nеws-un аrаyışı: Müхаlifəti təmsil еdən Ümid Pаriyаsı 1993-cü ildə yаrаdılıb. 2002-ci ildə Vətəndаş Birliyi Pаrtiyаsı (VBP) Ümid Pаriyаsınа birləşib. VBP-nin sədri оlmuş İqbаl Аğаzаdə Ümid Pаrtiyаsınа sədr sеçilib. Аğаzаdə Milli Məclisin dеputаtıdır.

Azərbaycanda prezident seçkisi 2008-ci il oktyabrın 15-də keçirilib.

Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət başçısı Ilham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak etmişdir.

Seçkilərin nəticələrinə əsasən, İlham Əliyev hamıdan çox səs toplayıb - 88.73 faiz.

İqbal Ağazadə 2, 86 faiz, Fazil Qəzənfəroğlu 2,4 faiz, Qüdrət Həsənquliyev 2,28 faiz, Qulamhüseyn Əlibəyli 2,23 faiz, Fuad Əliyev 0,78 faiz, Hafiz Haçıyev 0,65 faiz səs toplayıb.

Ağazadənin sözlərinə görə, bu gün müxalifət daha çox mövcudluğu uğrunda mübarizə apardığından, partiyaların yeri və təsnifatı bir qədər sual altındadır.

"Amma bu gün Azərbaycanda struklaşan və ictimai-siyasi proseslərə təsir imkanları ilə seçilə bilən 3-4 partiya var. Bunlardan biri də bizim partiyadır", - o əlavə edib.

Onun fikrincə, əgər demokratik seçki keçirilərsə, hər bir partiyanın yeri bir daha aydın olacaq. "Hesab edirəm ki, bələdiyyə seçkilərinə hazırlıq prosesində də partiyamızın yeri və mövqeyi aydın görünür. Çünki hakim Yeni Azərbaycan Partiyasından sonra ən çox namizəd irəli sürən Ümid Partiyasıdır", - Ağazadə vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti